Bosniyalı qolkiper yenidən "Qarabağ"a qayıdır - SON DURUM

Sportarena.az      9 Mart 2018, 11:38

2013-2018-ci illər aralığında "Qarabağ”da çıxış edən İbrahim Şehiç Ağdam təmsilçisinə qayıdacaq.

 

Sportarena.az fanat.az-a istinadən xəbər verir ki, bosniyalı qolkiper cari mövsümün sonunda "köhlən atlar”a qoşulacaq.Hazırda Türkiyənin 1-ci liqasında mübarizə aparan "BB Erzurumspor”da olan Bosniya və Herseqovina millisinin qapıçısı qış fasiləsində 5 ilə yaxın formasını geydiyi Azərbaycan komandasına dönməyə çox yaxın olub. Sadəcə, tərəflər Şehiçin 2018-ci ildən şərəfini qoruduğu Erzurum klubu ilə olan müqaviləsinin müddətinin bitməsini gözləməyi daha uyğun variant sayıb. 

 

Əsas heyətdəki yerini itirən braziliyalı qapıçı Vaqner da Silvaya isə ümidləri doğrultmadığı üçün yayın ilk ayında yeni anlaşma təklif edilməyəcək. Bu isə o deməkdi ki, braziliyalı əlcək sahibi indiki "futbol ili”nin yekununda yola salınacaq və Şehiç əsas heyət uğrunda Şahruddin Məhəmmədəliyevlə rəqabət aparacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin