Premyer Liqada 31-ci, evdə 20-ci

Sportarena.az      9 Mart 2018, 12:07

“Qəbələ” Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”ı qəbul edib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” ev oyununda 5:0 hesabı ilə qalib gəlib. Bu, komandanın cari mövsümdə ən böyükhesablı qələbəsidir. “Qəbələ” həm də mövsümün gedişində öz meydanında 5 və daha çox top fərqilə qalib gələn ilk komandadır.Ümumiyyətlə isə “Qəbələ” tarixində 53-cü böyükhesablı qələbəsini qazanıb. Bunlardan 36-sı evdə qeydə alınıb.

 

Premyer Liqada əldə olunan üç və ya daha çox top fərqi ilə olan qələbələrin sayı isə 31-ə çatıb. Bunlardan 20-si ev matçlarına təsadüf edib.“Qırmızı-qaralar” cari mövsümdə Premyer Liqada 3-cü belə qələbəsini qazanıb. XI turda “Səbail”, XIII turda “Zirə”ni qəbul edən komanda hər iki rəqibi üç cavabsız qolla məğlub edib. “Sumqayıt” üzərində qələbə isə mövsümdə hamısı evdə olmaqla 3-cü böyükhesablı olub. Bununla da “Qəbələ” özünün 2008/09 mövsümündəki rekordunu təkrarlayıb. Həmin vaxt da komanda Premyer Liqada keçirdiyi ev oyunlarında 3 fərqli qalibiyyət alıb. “Qırmızı-qaralar” öz meydanında daha bir böyükhesablı qələbəyə nail olsa, mütləq rekord gerçəkləşəcək.

 

“Sumqayıt”la oyun “Qəbələ”nin 5 və ya daha çox top fərqilə qalib gəldiyi ümumilikdə 10-cu, Premyer Liqada 5-ci matçdır. İndiyədək komanda yalnız bir dəfə Premyer Liqadakı ev qarşılaşmasında daha böyük fərqlə qalib gəlib. Bu, 2015/16 mövsümünün “Xəzər Lənkəran”la görüşünə təsadüf edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin