UEFA ofsaydla bağlı yenilik gətirir

12:19 9 Mart 2020

UEFA 2020/2021 mövsümündən Avropa kuboklarında oyundankənar vəziyyətlərlə bağlı dəyişiklik etməyə qərar verib.

 

Sportarena.az xəbər verir ki, qurumun prezidenti Aleksandr Çeferin ofsayd epizodlarında xəttlərin qalın olacağını bildirib:

 

“Bir santimetr ofsayd deyil. VAR açıq-aşkar oyundankənar vəziyyət olduqda müdaxilə etməlidir. Buna görə xətləri daha qalın çəkmək lazımdır. Hakimlərlə müzakirə etməli çox mövzu var".

 

Sloveniyalı funksioner Avropa çempionatında bu yeniliyin tətbiq olunacağını deyib.


Digər xəbərlər

Xəbər xətti