“Qarabağ”-“Qəbələ” matçının vaxtı açıqlandı

13:28 9 Mart 2020

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli bəlli olub. 

 

Sportarena.az xəbər verir ki, 2 günü əhatə edəcək turun açılış matçında "Sabah" "Keşlə"ni qəbul edəcək. Tura “Neftçi” - “Zirə” qarşılaşması ilə yekun vurulacaq. 

 

 

Azərbaycan Premyer Liqası, XXI tur

14 mart (şənbə)

16:00. “Sabah” – “Keşlə”

“Bank Respublika Arena”

18:00. “Qarabağ” – “Qəbələ”

Tofiq Bəhramov adına Respublika Stadionu, 

 

15 mart (bazar)

16:00. “Sumqayıt” – “Səbail”

“Kapital Bank Arena”, 16:00

18:00. “Neftçi” – “Zirə”

“Bakcell Arena”

 

Qeyd edək ki, AVRO-2020 ilə əlaqədar olaraq, aprelin 12-dən etibarən “Bakcell Arena”da renovasiya işləri aparılacaq. Peşəkar Futbol Liqası bu səbəbdən təqvimdə 3-cü dövrənin “Zirə” - “Neftçi” oyunu ilə 4-cü dövrənin “Neftçi” - “Zirə” görüşünün yerini dəyişdirib. Premyer Liqada XX turun oyunları isə bu həftəsonu keçiriləcək. 


Xəbər xətti