"Azərbaycanda quzu əti yeməyi çox sevirlər" - Riçard Almeyda

Sportarena.az      9 Mart 2018, 14:13

Millimizin yarımmüdafiəçisi Riçard Almeyda müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, hazırda Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas” klubunda forma geyinən Almeyda "sport360.com”a danışıb: 

 

"Biz bilirik ki, Azərbaycan milli komandası böyük klublarda oynayan, böyük oyunçulara malik olan komandalara qarşı oynamaq üçün böyük gücə sahib deyil. Ancaq biz əlimizdən gələni edirik. Bu, yalnız Marek Hamşik deyil, Qaret Beyl, Luka Modriçdi. Onlar inanılmaz futbolçulardı. Onlar tək futbolçu kimi deyil, insan kimi də möhtəşəmdirlər. Buna görə də, yaxşı karyeraları var və böyük klublarda oynayırlar. Bizim üçün bu oyunçulara qarşı oynamaq xoşdu. Onları meydanda görmək, televizorda görməkdən fərqlidi”.

 

Almeyda, Cənubi Amerikadan Avrasiyaya köçməsindən də danışıb: "Azərbaycanda quzu əti yeməyi çox sevirlər. Əvvəl bu ətdən heç yeməmişdim. Onlar səhər, nahar və şam yeməyində də bununla qidalanır. İlk vaxtlar mən bunu yeyə bilməyəcəyimi deyirdim. Azərbaycana getməklə bağlı ilk təklifi alanda anamla atam buna qarşı çıxdı. Onlar bunu etməli olmadığımı deyirdilər. Valideynlərimə dedim ki, mənə inanın və dəstək olun. Onlara bildirdim ki, özümü sınamaq, həyatda bir təcrübə qazanmaq istəyirəm. Bundan sonra onlar mənimlə birlikdə getmək şərtiylə razılaşdılar”.

 

Riçard Almeyda, müsahibəsində "Real”ın futbolçusu Luka Modriçi xüsusi fərqləndirib, "Barselona”nın da azarkeşi olduğunu deyib: "Modriç o qədər möhtəşəmdi ki, mən bunu sözlə ifadə edə bilmirəm. Onun istedadı çox yüksək səviyyədədi. O, təkcə Azərbaycan deyil, Macarıstan və digər komandalarla görüşlərdə də özünü sadə oğlan kimi aparır. Formasını istəsəz, o sizə 2-3 dənəsini verəcək. Bax, buna görə də ən yaxşıdı. O, ağıllıdı və top ona gəlmədən nə edəcəyini düşünür. Bütün vəziyyətlərdə nə edəcəyini bilir. "Barselona” fanatıyam. Antuan Qrizmann bu komandaya keçəndə çox xoşbəxt idim. Çünki onun yaxşı istedadı var. Bu ulduzlar pul barədə düşünmür. Ona görə də çox sadədirlər. Biz də, onlar da belə oyunlardan zövq alırıq”.

 

30 yaşlı yarımmüdafiəçi, sonda "Baniyas”da çıxışına toxunub: "Burda olduğum üçün çox şadam, hər şey çox yaxşıdı. Komanda yoldaşlarımdan tutmuş, rəhbərliyə qədər, hamı mənə dəstək olur, özünəinam verir. Belə olanda addım-addım inkişaf edirsən. "Baniyas” BƏƏ-də kiçik klubdu. Amma ümid edirəm ki, 2-3 ildən sonra yüksək yerlərdə olacaq. Çünki yaxşı oyunçulara malik gözəl klubdu. Biz inkişaf etməli, bir-birimizə kömək olmalıyıq. Meydanda mümkün olan hər şeyi etməyə çalışırsan. Cəsarətlisənsə, heç kim səni məğlub edə bilməz. Hər şey özümüzdən asılıdı”.

 

2012-ci ildən "Qarabağ”da forma geyinən Almeyda, bu ilin yanvarında "Baniyas”a keçib. Yarımmüdafiəçi 22 dəfə də Azərbaycan milli komandasının formasını geyinib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin