PSJ - "Borussiya" oyunu azarkeşsiz keçiriləcək

14:30 9 Mart 2020

Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ - "Borussiya" (Dortmund) cavab oyunu azarkeşsiz keçiriləcək. 



Sportarena.az xəbər verir ki, bu barədə L'Equipe nəşri məlumat yayıb. Koronavirusun sürətlə yayılması səbəbindən Parisdəki "Park de Prens"də keçiriləcək qarşılaşmaya azarkeşlər buraxılmayacaq.

 

Qeyd edək ki, görüş martın 11-də keçiriləcək. İlk matçda Dortmund klubu 2:1 hesablı qələbə qazanıb.


Digər xəbərlər

Xəbər xətti