Fransa çempionatı da azarkeşsiz keçirilə bilər

08:13 10 Mart 2020

Futbol üzrə Fransa çempionatı da koronavirus səbəbi ilə azarkeşsiz keçirilə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Fransanın İdman naziri Roksana Marasinyanyu danışıb. Onun sözlərinə görə, ölkə çempionatında 15 aprel tarixinədək bütün oyunlar azarkeşsiz və ya maksimum 1000 azarkeşlə keçirilə bilər.

 

Nazir açıqlamasında bunları deyib: "Stadionda ən çox 1000 nəfər azarkeş olmasına diqqət edilməlidir. Klublar ya  yalnız 1000 bilet satmaq qərarına almalı, ya komandalar azarkeşsiz oynamaq şərtini qəbul etməli, ya da mümkünsə, matçları təxirə salmalıdırlar".


Xəbər xətti