Qurban Qurbanov 7 pillə irəlilədi

10:25 10 Mart 2020

Futbol məşqçilərinin reytinq cədvəli yenilənib.

 

Sportarena.az xəbər verir ki, siyahıda 1000 ən yaxşı futbol mütəxəssisinin adı var.Azərbaycandan sözügedən siyahıya düşən tək məşqçi "Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdu. "Qarabağ"ın 48 yaşlı çalışdırıcısı 1054 xalla 566-cı yerdə qərarlaşıb. Ağdam komandasının baş məşqçisi ötənilki reytinqlə müqayisədə 7 pillə irəliləyib.

 

Qeyd edək ki, 1-ci pillədə 15846 xalı olan alman - Yurgen Klopp ("Liverpul") mövqe tutub. 


Digər xəbərlər

Xəbər xətti