"Qarabağ"ın sabiq qapıçısı "İnter"in hədəfində

11:11 10 Mart 2020

"Milan"ın qapıçısı Asmir Beqoviç karyerasını "İnter"də davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, klub növbəti mövsüm 33 yaşlı qolkiperi heyətinə cəlb etməyi düşünür. Bildirilir ki, "İnter" son zamanlar zədəli olan Samir Handanoviçin yerinə Beqoviçi komandada görmək istəyir.

 

Xatırladaq ki, müqavilə ilə "Bornmut"a məxsus olan Beqoviç mövsümün ilk yarısını icarə əsasında "Qarabağ"da çıxış edib. (qol.az)


Xəbər xətti