"Hər şey yaxşı olacaq. Evinizdə qalın" - Futbolçu qol sevincini koronavirusa həsr etdi - FOTO

15:10 10 Mart 2020

İtaliya A Seriyasının 26-cı turu çərçivəsində boş tribunalar önündə oynanılan matçda "Sassuolo" "Breşiya"nı 3:0 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, oyunda dubl edən Françesko Kaputo qol sevinci ilə diqqət mərkəzinə düşüb. İtaliyalı futbolçu fərqləndikdən sonra əlindəki kağızı kameralara nümayiş etdirib. O, bu yolla koronavirus epidemiyası ilə bağlı insanlara mesaj göndərib. Kağızda qeyd olunub: "Hər şey yaxşı olacaq. Evinizdə qalın".

 

Hazırda İtaliyada 9 mindən çox koronavirus daşıyıcısı var. Ölkədə 450-dən çox insan epidemiya səbəbindən dünyasını dəyişib.



Xəbər xətti