Azərbaycan çempionatının oyunları azarkeşsiz keçiriləcək - RƏSMİ

18:53 10 Mart 2020

Azərbaycan Premyer Liqasında və I divizionda növbəti iki turun oyunları azarkeşsiz keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib. Adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan və ölkəmizdə virusa qarşı aparılan mübarizəni rəhbər tutan R.Musayev I divizionun XIX, XX, Premyer Liqanın XXI, XXII turları azarkeşsiz keçirilməsi ilə bağlı əmr imzalayıb. Oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılması təmin olunacaq. Əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibləri təmin etməlidir.

 

Qeyd edək ki, III dövrənin son turu çərçivəsində martın 14-də “Qarabağ” – “Qəbələ” və “Sabah” – “Keşlə”, ertəsi gün “Sumqayıt” – “Səbail” və “Neftçi” – “Zirə” matçları baş tutacaq.

 

IV dövrə isə martın 21-dəki “Zirə” – “Sumqayıt” və “Səbail” – “Keşlə” qarşılaşmaları ilə başlayacaq. Ertəsi gün “Neftçi” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçları tamaşaçısız baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti