PSJ 1/4 finalda, “Liverpul” mübarizəni dayandırdı - YENİLƏNİB

02:00 12 Mart 2020

UEFA Çempionlar Liqasında ¼ finalın daha iki iştirakçısı məlum olub.

 

Sportarena.az xəbər verir ki, mərhələnin maraq doğuran görüşü Fransada PSJ ilə Almaniyanın "Borussiya" (Dortmund) komandası arasında baş tutub. Qarşılaşmanın 28-ci dəqiqəsində PSJ hesabı açmağa nail olub. Birinci hissənin əlavə olunmuş dəqiqəsində meydan sahibləri hesab arasındakı fərqi iki topa çatdırıblar. 

 

1/8 final mərhələsi, cavab oyunu

12 mart

00:00. PSJ (Fransa) - "Borussiya" (Almaniya, Dortmund) - 2:0

Yarışın son qalibi “Liverpul” öz meydanında “Atletiko”nu qəbul edib. Əsas vaxt meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. İki matçın ümumi nəticəsi heç-heçə olduğundan, əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Yurgen Kloppun yetirmələri burada fərqi 2 topa da çatdırıblar. Lakin Madrid təmsilçisinin yarımmüdafiəçisi Markos Lyorente 97-ci və 105+1-ci dəqiqələrdə vurduğu qollarla "dubl" edib. Yekunda son finalçı "Tottenhem"in ardından çempion da pley-offun ilk duelindəcə mübarizəni dayandırıb.

 

1/8 final mərhələsi, cavab oyunu

12 mart

00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 2:2 (ƏLAVƏ VAXT - 1:2)


Xəbər xətti