Gürcüstanda futbol yarışları təxirə salındı

17:35 11 Mart 2020

Gürcüstanda koronavirusun yayılmasının qarşısının alınması məqsədilə futbol üzrə bütün çempionatlar aprelin 1-dək təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Gürcüstanın Futbol Federasiyasının (GFF) yaydığı bəyanatda bildirilir.Qeyd olunub ki, GFF üçün oyunçular və azərkeşlərin sağlamlığı və təhlükəsizliyi əsas prioritetdir. 

 

Ötən gün Azərbaycan Premyer Liqası və I Divizionda qarşıdakı iki turun azarkeşsiz keçirilməsinə qərar verilib. (Report)


Xəbər xətti