“Leyptsiq” və “Atalanta” 1/4 finalda

12:11 11 Mart 2020

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.

 

Sportarena.az xəbər verir ki, keçirilən iki oyunla ilk 1/4 finalçıların adına aydınlıq gəlib."Leyptsiq" evdə "Tottenhem"i darmadağın edib. "Valensiya" isə "Atalanta" qarşısında aciz qalıb.

 

 

Çempionlar Liqası

1/8 final, cavab görüşləri

"Leyptsiq" (Almaniya) - "Tottenhem" (İngiltərə) - 3:0
Qollar: Marsel Zabitser, 10; 21. Emil Forsberq, 87

Leyptsiq, "Red Bull Arena"
Baş hakim: Karlos del Serro (İspaniya)
İlk oyun - 1:0

 

"Valensiya" (İspaniya) - "Atalanta" (İspaniya) - 3:4

Qollar: Kevin Qameyro, 21, 51, F.Torres, 67 - Yosip İliçiç, 3; 43 (hər ikisi penalti), 71,82
Valensiya, "Mestalya" stadionu
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
İlk oyun - 1:4.


Xəbər xətti