“Formula 1” yarışı ləğv edilə bilər

16:42 12 Mart 2020

“MCLaren” komandası “Formula 1”də iştirakını dayandırıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb komandanın bir işçisində koronavirus aşkarlanmasıdır.Bütün “MCLaren” komandası karantinə alınıb. Hazırda Avstraliya yarışında iştirak edən bütün komandaların da karantinə alına biləcəyi gözlənilir.

 

Hazırda yarışın ləğv olunması da gündəmdədir.


Xəbər xətti