"Qarabağ"ın sabiq futbolçusu: "Koronavirusa görə Çinə gedə bilmirəm"

19:21 12 Mart 2020

"Bu virus təkcə futbola deyil, Çindəki bir çox insana təsir etdi. Çıxış etdiyim komandada Uhan şəhərindən olan 5 futbolçu və 1 məşqçi hazırda ciddi nəzarət altındadır".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri Çinin ikinci liqasında mübarizə aparan "Xançjou Qrintaun" klubunun cənubi afrikalı futbolçusu Dino Ndlovu mətbuata açıqlamasında deyib.

 

Hazırda Antalyada fərdi qaydada məşq edən 30 yaşlı hücumçu bildirib ki, koronavirus pandemiyasına görə Çinə qayıda bilmir: "Həqiqətən də, xoşagəlməz vəziyyətdir. Hakimiyyət hər şeyə nəzarət edir. Çempionat oyunları növbəti xəbərdarlığa qədər təxirə salınıb. Əslində liqa fevralın 29-da start götürməli idi. İndi isə aprelin sonu və ya mayın əvvəlini gözləməliyik. Bu da məni məyus edir. Komandam Çinə qayıtsa da, mən gedə bilmirəm. Çünki getsəm, 14 günlük karantinə alınacağam".

 

Qeyd edək ki, Dino Ndlovu 2016-cı il avqustundan 2018-ci ilin dekabrınadək "Qarabağ"da çıxış edib. // Report


Digər xəbərlər

Xəbər xətti