Kriştiano Ronaldo karantinə alındı

19:35 12 Mart 2020

Kriştiano Ronaldo karantinə alınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Sky İtalia” nəşri məlumat yayıb. O, doğulduğu Portuqaliyanın Madeyra şəhərinə qayıtdıqdan sonra karantinə alınıb. Səbəb isə Ronaldonun koronavirusun yayıldığı müddətdə İtaliyada olması və komanda yoldaşı Daniele Ruqaninin testinin müsbət nəticə verməsidir. 

 
Qeyd edək ki, Daniele Ruqanidə koronavirus aşkarlandıqdan sonra Kriştiano Ronaldo “Yuventus”un məşqlərindən imtina edərək Portuqaliyaya yollanıb. 


Digər xəbərlər

Xəbər xətti