“Arsenal”ın baş məşqçisi də koronavirusa yoluxdu

10:44 13 Mart 2020

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta koronavirusa yoluxub. 

 

Sportarena.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. “Mikel Artetanın koronavirus testi pozitiv çıxdıqdan sonra bütün təlim mərkəzlərimiz bağlandı. Bütün futbolçularımız karantinə götürüldü”, - deyə açıqlamada bildirilir.

 

Qeyd edək ki, Arteta 2019-cu ilin dekabrında “Arsenal”a baş məşqçi təyin edilib.

  


Xəbər xətti