“Çelsi”nin futbolçusunda da koronavirus aşkarlandı

14:14 13 Mart 2020

“Çelsi”nin futbolçusu Kallum Hadson-Odoidə koronavirus aşkarlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə klub rəsmi saytı məlumat yayıb.Bildirilir ki, 19 yaşlı yarımmüdafiəçinin testi müsbət cavab verib. “Çelsi”nin bütün heyətinin karantinə alınacağı gözlənilir. 


Xəbər xətti