"Formula 1" üzrə Bəhreyn və Vyetnam Qran-priləri təxirə salındı

17:17 13 Mart 2020

"Formula 1" üzrə Bəhreyn və Vyetnam Qran-priləri nəzərdə tutulan tarixlərdə keçirilməyəcək.

 

Sportarena.az xəbər verir ki, yeni "Formula 1" mövsümünün ikinci və üçüncü mərhələləri - Bəhreyn və Vyetnam Qran-priləri koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.Bəhreyn mərhələsi 20-22 mart, Vyetnam etapı isə 3-5 april tarixlərində keçirilməli idi.

 

Daha öncə "Maklaren" komandasının üzvündə koronavirus aşkarlanması səbəbindən Avstraliya Qran-prisi ləğv olunmuşdu. 

 

Qeyd edək ki, "Formula 1"-də mövsümün 7-ci mərhələsi olan Azərbaycan Qran-prisi 5-7 iyun tarixlərinə təyin olunub.


Digər xəbərlər

Xəbər xətti