Premyer Liqanın bərpa vaxtı uzadıldı

Sportarena.az      18 Mart 2018, 15:46

Azərbaycan Premyer Liqası və I divizionunda yaranan fasilənin müddəti uzadılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytı məlumat yayıb.Bu addım dünyada geniş yayılmış koronavirus pandemiyasına səbəbindən atılıb. İnfeksiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli işlər görülür. Bu qəbildən olan addımlardan biri 14 mart – 14 aprel tarixlərində ölkə ərazisində tətbiq edilən xüsusi rejimdir. Bununla əlaqədar olaraq, Azərbaycanda  kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub. 

 

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın  göstərişini rəhbər tutan PFL öncə 2 turu təxirə salınan Premyer Liqa və 1 turu oynanılmaması qərarlaşdırılan I divizionun bərpasını aprelin 14-dək uzadıb. Bu isə o deməkdir ki, Azərbaycan çempionatının 4, I divizionunun 3 turu nəzərdə tutulan vaxtda olmayacaq. 

 

Əgər həmin tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, PFL klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcək və yarışların bərpa tarixini açıqlayacaq.

UEFA bir gün öncə keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların iyunun 30-na qədər yekunlaşdırılmasını tövsiyə edib.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında növbəti tur aprelin 4-5-də keçirilməli idi.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin