“Evdə uşaqlara yemək verirəm” - Toni Kroos

14:19 18 Mart 2020

“Real”ın almaniyalı ulduzu Toni Kroos “Late Night Berlin” proqramına danışıb.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi koronavirus pandemiyasının İspaniyaya təsirindən danışıb:
 

“Evimdəyəm, sıxılmıram. 3 övladla evdə olmağın necə bir hiss olduğunu bilirsiniz? Evdə olmaq və ətrafımda uşaqlarımın oynaması gözəldir. Ən önəmli amil hamının sağlam qalmasıdır. Evdə uşaqlarımla oynayıram. Həm də bəzi saç stillərini yoxlamışam. Həyat yoldaşımın bəyəndiyi stili saxlayacam.Bundan əlavə, evdə uşaqlara yemək verirəm. Amma tualetə tez-tez gedirlər. Buna görə də çoxlu tualet kağızı almışam. Bir sözlə, ev həyatım problem deyil”.
 

Almaniya millisinin üzvü AÇ-2020-nin təxirə salınmasına münasibət bildirib:
 
“Hazırda turnirləri, kubokları fikirləşmək ən son dərdimiz olsun. Əsas düşüncəmiz gözə görünməyən düşməndir. Hamımız sağlam qalmalı və öncəki həyatımıza qayıtmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti