Mahsun Kırmızıgül Mübariz Mənsimova belə dəstək oldu - FOTOLAR

Sportarena.az      18 Mart 2018, 14:50

Müğənni-aktyor Mahsun Kırmızıgül martın 15-də Türkiyədə saxlanılan və barəsində həbs qərarı verilən azərbaycanlı iş adamı, "Xəzər Lənkəran"ın fəxri prezidenti Mübariz Mənsimov barədə sosial şəbəkədə paylaşım edib.

 

Sportarena.az xəbər verir ki, məşhur sənətçi rəsmi feysbuk səhifəsində status yazaraq M. Mənsimova dəstək olub, ona azadlıq diləyib:

 

"Türkiyədə bir qəpik qazanmadan dünya dənizlərində işçi olaraq bütün qazandığını ölkəyə yatıran Azərbaycan xalqının qiymətlisi, Türkiyə sevdalısı, dostum Mübariz Mənsimov həbs olunaraq cəza evinə aparılıb 20 illik dostum olan Mübariz Mənsimovun bir an azadlığa qovuşmağını diləyirəm. Sonuna qədər onun yanındayam”. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin