Avro-2020-nin biletləri qaytarılır

17:26 18 Mart 2020

UEFA Avro-2020-nin oyunlarını izləmək üçün alınan biletlərin geri qaytarılacağının mümkün olduğunu  açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, qitə futbol qurumunun məlumatına görə, koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan yarışı izləmək bir sıra azarkeşin planlarına uyğun gəlməyə bilər.Bu səbəbdən bilet alan şəxslər istədiyi halda onu geri qaytara bilər. Qeyd olunub ki, əgər fanatlar 2021-ci ildə oyunlara gedə bilməsə, ödədikləri vəsait onlara tam şəkildə qaytarılacaq.

 

Xatıradaq ki, Avro-2020-nin oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək.


Xəbər xətti