"Formula 1"-in yeni mövsümü Bakıda start götürə bilər

18:00 18 Mart 2020

"Formula 1" rəhbərliyi 20 martda keçiriləcək video-konfransda təqvimlə bağlı nəzərdə tutulmuş mümkün dəyişiklikləri müzakirə edəcək.

 

Sportarena.az xəbər verir ki, "Formula 1" rəsmiləri yeni mövsümün 18 yarışdan ibarət olmasını nəzərdən keçirirlər. Çempionatın 24 may - 20 dekabr tarixlərində keçirilməsi gündəmdədi.

 

Koronavirus pandemiyasının yayılması səbəbindən Avstraliya Qran-prisi ləğv olunub, Çin, Vyetnam və Bəhreyn mərhələləri isə qeyri-müəyyən müddətə təxirə salınıb. Böyük ehtimalla, Niderland, İspaniya və Monte-Karlo etapları da bu sıraya qoşulacaq.

 

Hələlik F1 rəhbərliyi Monako Qran-prisini keçirmək üçün cəhdlərini davam etdirir. Lakin bu, mümkün olmayacağı təqdirdə, mövsüm 5 iyunda Bakıda start götürə bilər.


Digər xəbərlər

Xəbər xətti