Karateçilərimiz Tokio Olimpiadasında iştirak edəcəklər

Sportarena.az      19 Mart 2018, 11:08

Karate üzrə milli komandanın liderləri Rafael Ağayev və İrina Zaretskanın Tokio Olimpiadasında iştirak edəcəyi rəsmiləşib.

 

Sportarena.az Azərbaycan Milli Karate Federasiyasına istinadən xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) açıqladığı siyahıda 32 idmançı var. Beynəlxalq təşkilatın xüsusi olimpiya lisenziyalı reytinq cədvəlinin ilk dördlüyündə yer almaqla oyunlara birbaşa vəsiqə qazanan R.Ağayev -75 kq çəkidə, İ.Zaretska isə +61 kq çəki dərəcəsində yarışacaq.

 

Rafael Ağayevin rəqibləri arasında Bəhmən Əsgəri (İran), Luici Busa (İtaliya), Stanislav Horuna (Ukrayna) və təşkilatçı ölkənin nümayəndəsi Ken Nişimura var. İrina Zaretskanın potensial rəqibləri isə Həmidə Abbasəli (İran), Elena Quirici (İsveçrə), Məltəm Hocaoğlu (Türkiyə) və Aymi Eukusa (Yaponiya) yer alır.

 

İdmançılarımızın qalan beş rəqibindən üçü, həmçinin digər karateçilərimizin olimpiya lisenziyası qazanması 26-28 iyunda Parisdə xüsusi təsnifat turnirində məlum olacaq. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin