“Karantində deyiləm” - Teymur Rəcəbov

18:10 20 Mart 2020

Teymur Rəcəbov  koronavirus pandemiyasına görə özünü təcrid edib. 

 

Sportarena.az xəbər verir ki, 32 yaşlı  qrossmeyster İnstaqram hesabında bu barədə ətraflı məlumat verib:
 
“Təcridetmə ilə bağlı paylaşımım həddindən artıq ciddi qəbul olunub. Elə başa düşülüb ki, sanki mən karantindəyəm. Sadəcə, özümü təcrid etmişəm. Ağrılarım yoxdur, karantində deyiləm. Yalnız öz şahmat bacarıqlarımın üzərində işləyirəm. Görünür, “Instagram” vasitəsilə nüfuzum daha da artır”.
 

Rəcəbov koronavirusa görə martın 15-də Sankt-Peterburqda keçirilən iddiaçılar turnirindən imtina edib.


Xəbər xətti