"Barselona" braziliyalı hücumçu transfer etdi

18:48 20 Mart 2020

"Barselona" heyətinə yeni futbolçu cəlb edib.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi Braziliyanın "San Paulu" klubundan Qustavo Mayanı transfer edib.

 

"Barselona" 19 yaşlı hücumçunun transferi üçün Cənubi Amerika təmsilçisi ilə anlaşıb. Kataloniyalılar qarşı tərəfə 4.5 milyon avro ödəyəcək. Gənc forvardla 2 illik müqavilə imzalanacaq.

 

Qeyd edək ki, Qustavo Maya bu mövsüm gənclər arasında San-Paulu kubokunda meydana çıxdığı 7 oyunda 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti