Gənclər və idmançılar xalqı koronovirusla mübarizəyə səsləyir - FOTO + VİDEO

18:02 22 Mart 2020

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan İdman Jurnalistləri Federasiyası koronavirusa qarşı mübarizə mövzusunda birgə videoçarx hazırlayıblar.

 

Sportarena.az xəbər verir ki, videoçarxda gənclər və idmançılar əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqca evdə qalmağa səsləyiblər və koronavirusa qarşı mübarizə yollarını izah ediblər.Videoçarxda Dünya Skaut Komitəsinin üzvü İlyas İsmayıllı, Azərbaycanın "Eurovision" təmsilçisi Samira Efendi, Prezident mükafatçısı Sabir Rüstəmov,

 

Olimpiya çempionu Elnur Məmmədli, üçqat dünya çempionu Hacı Əliyev, gimnastika üzrə Avropa çempionatının mükafatçısı Zeynəb Hümmətova çəkiliblər.

 

Videoçarx Heydər Əliyev Mərkəzi, Milli Gimnastika Arenası, Olimpiya Stadionu, Bakı Konqres Mərkəzi, Su İdmanı Sarayı və Kristal Hallın önündə çəkilib.

 

 



Xəbər xətti