İbrahimoviç "Milan"dan gedir?

19:46 22 Mart 2020

Zlatan İbrahimoviç "Milan”da qalmaq fikrində deyil.

 

Sportarena.az xəbər verir ki, İbra klubun futbol şöbəsinə rəhbərlik edən Zvonimir Bobanın qovulmasından narazıdı. İsveç millisinin sabiq üzvü onu Milan təmsilçisinə dəvət edən Paolo Maldininin texniki direktor postunu tərk etməsini də ayrılmaq üçün səbəb sayır.

 

38 yaşlı forvard yaxın günlərdə agenti Mino Rayola vasitəsi ilə İtaliya təmsilçisinin baş direktoru İvan Qazidisi bu barədə məlumatlandırmağı planlaşdırır.İbrahimoviç bu qış keçdiyi "Milan”ın formasıyla çıxdığı 8 çempionat matçında 3 qol vurub.

 

Qeyd edək ki, dünən sözügedən futbolçunun yayda karyerasını bitirəcəyi ilə bağlı informasiya yayılmışdı.


Xəbər xətti