Norveç millisinin baş məşqçisi maaşının azaldılmasına razı oldu

21:01 22 Mart 2020

Norveç millisinin baş məşqçisi Lars Laqerbek məvacibinin 20 faiz azaldılmasına razılıq verib.

 

Sportarena.az xəbər verir ki, o, aprel ayından etibarən maaşını 20 faiz güzəştlə alacaq. Bu barədə TMW məlumat yayıb.71 yaşlı isveçli mütəxəssisin belə bir qərar verməsinə bütün dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar yaranmış böhran səbəb olub. Laqerbekin rəhbərlik etdiyi məşqçilər korpusunu digər üzvləri də müqavilələrinin sonuna kimi eyni qaydada güzəştə razı olublar.

 

Qeyd edək ki, Laqerbek 2017-ci ildən Norveç yığmasının baş məşqçisidir.


Digər xəbərlər

Xəbər xətti