“Qarabağ”ın sabiq futbolçusu karantinə alındı

Sportarena.az      27 Mart 2018, 15:08

Çinin “Xançjou Qrintaun” klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karantinə alınıb.

 

Sportarena.az xəbər verir ki, cənubi afrikalı hücumçu Çində koronavirus yayılmağa başlayanda ölkəsinə qayıdıb. Çinə geri dönən futbolçu karantinə alındığını deyib:
 
 

“Təhlükəsiz şəkildə gəldim və 14 günlük karantindəyəm. Hava limanında bir anketdən keçdim. Burada hamı maskalı idi, insanların çoxu əlcək taxır. Artıq Çində koronavirusun qarşısını almağın yollarını öyrəniblər.  Yaxın vaxtda komanda ilə məşqə başlayacağam”.
 

Dino Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin