Tokio olimpiadasının yeni tarixi açıqlandı - SON DURUM

15:03 30 Mart 2020

Koronavirus pandemiyasına görə gələn ilə təxirə salınan Tokio Yay Olimpiya Oyunlarının yeni tarixi rəsmən açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb.Yarışın 2021-ci il iyulun 23-də start götürəcəyi və avqustun 8-dək davam edəcəyi bildirilib.


Qeyd edək ki, öncədən Tokio-2020-nin bu il iyulun 24-dən avqustun 9-dək keçirilməsi planlaşdırılmışdı.  


Digər xəbərlər

Xəbər xətti