"Real"da da maaşlar azaldılacaq?

14:11 31 Mart 2020

"Real" böyük ehtimalla yaxın günlərdə oyunçuların maaşlarını azaldacaq.

 

Sportarena.az xəbər verir ki, "Real" rəhbərliyi futbol və basketbol komandasının məvaciblərinin azaldılması barədə düşünür.

 

Karantin rejiminin ilk günlərində klub daxilində vəziyyət fərqli idi. "Real" rəsmiləri məsələyə nikbin yanaşırdılar. Hətta prezident Florentino Peres kapitan Serxio Ramosla görüşmüş və oyunçuların əmək haqlarında azalma olmayacağını bildirmişdi. Lakin koronavirus pandemiyası ilə əlaqədar ortaya çıxan böhran vəziyyətinin davam etməsi klubu çətin vəziyyətdə qoyub.

 

Madrid təmsilçisi futbol və basketbol komandasına toplam 800 milyon avro maaş ödəyir. 

 

Qeyd edək ki, "Barselona" futbolçuları maaşlarının 70% azaldılmasına razılıq veriblər.


Digər xəbərlər

Xəbər xətti