"Qəbələ"nin futbolçusu: "Bu, mənim üçün vacib addımdı"

16:40 31 Mart 2020

"Qəbələ”nin futbolçusu Rodriqo Qattas Azərbaycan klubuna keçidindən danışıb.

 

Sportarena.az xəbər verir ki, çilili futbolçu "Radioagricultura” nəşrinə açıqlamasında ölkəmizdə çıxış etməyin üstünlüklərindən söz açıb.

 

"Kanadada yaxşı mövsüm keçirdikdən sonra Azərbaycandan mənə zəng gəldi. İqnasio Errera və Nikolas Kanalesin meneceri məni bu ölkəyə gətirdi. Bu, mənim üçün vacib addımdı. Çünki komandalar avrokuboklarda mübarizə aparır. Mövsümü birinci pillədə bitirən Çempionlar Liqasında çıxış edəcək”.

 

29 yaşlı hücumçu hazırda Azərbaycanda olan forvard koronavirusa görə ölkədəki vəziyyətlə bağlı da danışıb: "1.5 ay əvvəl buraya gəldim, iki həftədi ki, futbol oynamırıq. Burada virusa yoluxanlar çox deyil, sadəcə tədbirlər görülür. Çəki almamaq üçün mən də tədbir görürəm. Adətən, insan evdə çox qalanda kökəlir”.


Digər xəbərlər

Xəbər xətti