Altay Əliyev və ailəsi fonda 3000 manat ianə köçürdü

20:12 31 Mart 2020

Azərbaycan Televiziyasında uzun illər şərhçilik etmiş, gənc yaşlarından səsi ilə milyonların qəlbini fəth etmiş, 10 ildir fəaliyyətini özəl sektorda davam etdirən Altay Əliyev də Prezident İlham Əliyevin çağırışına dəstək olub.

 

Sportarena.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 1666 manat, qızı Türkay Əliyeva 666 manat və oğlu Tuncay Əliyev 666 manat Koronovirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.

 

Qeyd edək ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il sərəncamı ilə Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.


Digər xəbərlər

Xəbər xətti