"Yuventus" koronavirusa görə Ronaldonu sata bilər

21:34 31 Mart 2020

“Yuventus” koronavirus pandemiyası ilə əlaqədar yaranan maliyyə probleminə görə hücumçusu Kriştiano Ronaldonu sata bilər.

 

Sportarena.az xəbər verir ki, Turin təmsilçisi maliyyə itkisinə görə 35 yaşlı ulduz futbolçuya illik 31 milyon avro ödəməyə davam edə bilməyəcək.Xəbərdə qeyd edilib ki, "qoca sinyora" portuqaliyalı hücumçunu ən azı 70 milyon avroya satmağa hazırdır.

 

Ronaldo bu mövsüm 32 oyunda 25 qol vurub, 4 assist edib.


Digər xəbərlər

Xəbər xətti