"Uimbldon" turniri koronavirus səbəbindən ləğv olundu

13:10 2 Aprel 2020

29 iyunda start götürməli olan "Uimbldon" turniri ləğv olunub.

 

Sportarena.az xəbər verir ki, İngiltərə Tennis Klubu bu barədə bəyanat yayıb:

 

"Koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci ildə keçirilməli olan "Uimbldon" turnirini ləğv etmək qərarına gəldik. 134-cü "Uimbldon" 2021-ci ildə 28 iyun - 11 iyul tarixlərində keçiriləcək".

 

1945-ci ildən bəri ilk dəfə "Uimbldon" keçirilməyəcək. Bilet almış azarkeşlərin ödənişləri geri qaytarılır. Qeyd edək ki, "Uimbldon" tennisdə dörd "Böyük dəbilqə" turnirindən biridi.


Digər xəbərlər

Xəbər xətti