“Yuventus” koronavirusa yoluxan futbolçu ilə müqaviləni uzatdı

17:04 2 Aprel 2020

“Yuventus” yarımmüdafiəçisi Blez Matyuidi ilə yeni müqavilə imzalayıb.

 

Sportarena.az xəbər verir ki, Turin təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçu ilə 2021-ci ilin yayına qədər saziş bağlayıb.Bir müddət öncə COVID-19 pandemiyasına yoluxan fransız futbolçu hazırda özünü yaxşı hiss etdiyini deyib.
 

32 yaşlı yarımmüdafiəçi bu mövsüm 30 oyunda 1 qol vurub, 2 assist edib.


Xəbər xətti