"Milan" "Qarabağ"ın sabiq qapıçısı ilə vidalaşır

18:13 2 Aprel 2020

"Milan” qapıçısı Asmir Beqoviçlə bu mövsümün sonu yolları ayıracaq.

 

Sportarena.az "Report”a istinadən xəbər verir ki, "qırmızı-qaralar" 33 yaşlı qolkiperi müqavilə ilə məxsus olduğu İngiltərə "Bornmut"undan almayacaq.Bosniya və Herseqovina yığmasının üzvü yenidən İngiltərəyə qayıtmalı olacaq. "Bornmut"un isə Beqoviçi heyətində saxlayıb-saxlamayacağı bəlli deyil. 

 

Qeyd edək ki, bosniyalı qapıçı bu mövsümün ilk yarısını icarə əsasında "Qarabağ”da keçirib.


Digər xəbərlər

Xəbər xətti