"Qəbələ"nin legioneri: "İsraildə vəziyyət pisləşir, insanlar evdə qalmaq istəmirlər"

Sportarena.az      3 Aprel 2018, 17:23

"Hazırda İsraildəyəm. Vətənimə qayıda bilmirəm. Çünki həm burada, həm də ölkəmdə aeroportlar bağlıdır. Pandemiya başa çatandan sonra Nigeriyaya gedəcəyəm".

 

Sportarena.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Ceyms Adeniyi deyib.

 

Hazırda icarə əsasında İsrailin "Hapoel" (Kiryat-Şmona) klubunda çıxış edən nigeriyalı hücumçu koronavirus pandemiyası ilə bağlı ölkədəki vəziyyətdən söz açıb. 28 yaşlı forvardın sözlərinə görə, İsraildə durum getdikcə pisləşir: "İnsanlar evdə qalmaq istəmirlər. Hamı küçələrə çıxır".

 

Ailəsinə görə narahatlıq keçirən afrikalı futbolçu evdə qalaraq virusdan qorunmağa çalışdıqlarını söyləyib: "Həm ailəmə, həm də bütün insanlara görə qorxuram. Xüsusilə də virusa yoluxanlar üçün narahatam. Özümüzə gəlincə, demək olar ki, küçəyə çıxmırıq. Formada qalmaq üçün şəxsi məşqçi tutmuşam".

 

Kiryat-Şmona təmsilçisi ilə müqaviləsi mayın sonunda başa çatacaq Adeniyi "Qəbələ"yə qayıtmaq istədiyini də diqqətə çatdırıb: "Qəbələ" ilə müqaviləm var. Amma nəyin necə olacağını hələ bilmirəm. Klub rəhbərliyi ilə daim əlaqədəyəm. Yenidən Azərbaycanda oynamaq istərdim. Çünki bu çempionat üçün darıxmışam".

 

"Qəbələ"də çıxış etdiyi son mövsümdə səhhətində ciddi problem üzə çıxan təcrübəli hücumçu artıq özünü yaxşı hiss edir: "Səhhətimlə bağlı hər şey superdir. Heç bir problemim qalmayıb".

 

Qeyd edək ki, 2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalayan Ceyms Adeniyi ötən mövsüm meydana çıxdığı 31 oyunda 12 qol vurub. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin