78 penalti, 61 qol - "Qəbələ"nin statistikası

18:24 3 Aprel 2020

“Qəbələ” indiyədək keçirdiyi oyunlarda 78 penalti zərbəsi yerinə yetirib.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa, 1-ci divizion, ölkə kuboku və Avropa Liqasında oynamış “qırmızı-qaralar” bu turnirlərdəki 546 matçda 61 dəfə 11 metrlik nöqtədən qol vurub. Komandanın bu qarşılaşmalarda vurulan penaltilərdəki dəqiqlik faizi 78-ə bərabərdir. Digər 22 faizi təşkil edən 17 zərbə isə qolla nəticələnməyib.

 

“Qəbələ”nin penaltilər üzrə rekordçusu Cavid Hüseynovdur. O, 13 dəfə 11 metrlik nöqtədən qapını nişan alıb. Bunlardan 12-si dəqiq olub. 8 belə imkan əldə edən Kənan Kərimovla 5 penalti yerinə yetirən Leonardo da Silva hərəyə bir dəfə imkandan yararlanmayıb. 

 

Ümumilikdə, 31 oyunçu penalti zərbəsi vurub. 100 faizlik nəticə göstərənlər arasında Filip Ozobiç, Aleksey Qay və Deon Barton daha çox – hərəyə 4 penaltini qola çevirib. Rəşad Yusubovla Ruslan Qurbanovun 3 belə qolu var. Bu ilin qışında “qırmızı-qaralar”a qoşulan Nikolas Raysel isə artıq iki dəfə penaltidən fərqlənib. İki futbolçu – Samir Zərgərovla Yannik Kamanan hərəyə 2 dəfə belə imkanı boşa verib.

 

1. Cavid Hüseynov – 13 penalti (12-si dəqiq)

2. Kənan Kərimov – 8 (7)

3. Leonardo da Silva – 5 (4)

4. Samir Zərgərov – 5 (3)

5-7. Filip Ozobiç – 4 (4)

Aleksey Qay – 4 (4)

Deon Barton – 4 (4)

8-9. Ruslan Qurbanov – 3 (3)

Rəşad Yusubov – 3 (3)

10-12. Rəşad Abdullayev – 2 (2)

Nikolas Raysel – 2 (2)

Serj Cehua – 2 (2)

13-15. Rikardinyo – 2 (1)

Lorenzo Ebesilio – 2 (1)

Lourival Rodriqes – 2 (1)

16. Yannik Kamanan -  2 (0)

17-24. Anatoli Ostap – 1 (1)

Asen Nikolov – 1 (1)

Daniel Subotiç – 1 (1)

Rəşad Eyyubov – 1 (1)

Təmkin Xəlilzadə – 1 (1)

Tomaş Stolpa – 1 (1)

Viktor Komlyonok – 1 (1)

Vüsal Qarayev – 1 (1)

25-31. Bruno da Silva – 1 (0)

İbrahim Hüseynov – 1 (0)

Dodo – 1 (0)

Nika Kvekveskiri – 1 (0)

Rövşən Əhmədov – 1 (0)

Stiven Jozef-Monroz – 1 (0)

Vitali Balamestnı – 1 (0).


Digər xəbərlər

Xəbər xətti