"Zirə" ən gözəl qolu müəyyənləşdirir - VİDEO

14:38 4 Aprel 2020

Koronavirus pandemiyasına görə dayandırılan Azərbaycan Premyer Liqasında 20 tur arxada qalıb. 23 xal toplayan "Zirə" 5-ci yerdə qərarlaşıb. "Qartallar" 25 qol vurub, qapısında 37 top görüb.

 

Sportarena.az xəbər verir ki, qəsəbə təmsilçisinin sosial şəbəkə hesabı bu mövsüm vurulan ən gözəl qolu müəyyənləşdirmək üçün azarkeşlərə müraciət edib.

 

"Komandamızın cari Premyer Liqanın geridə qalan müddətində vurduğu ən gözəl qolu birlikdə seçək", - klubun paylaşmında qeyd edilib.

 

 


Xəbər xətti