Azərbaycan çempionu iki oğlu ilə birlikdə karantinə alındı

Sportarena.az      4 Aprel 2018, 17:40

Karate üzrə müstəqil Azərbaycanın ilk çempionlarından olan İlyas Xəlilov və ailəsi karantinə alınıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Oxu.Az-a İlyas Xəlilovun özü açıqlama verib.O bildirib ki, Rusiyadan qayıtdıqdan sonra karantinə alınıblar:

 

"Martın 16-da idman gimnastları olan oğlanlarım – Hüseyn və Əlini məşqsiz qalmaması üçün Novosibirskə təlim-məşq toplanışına aparmışdım. Həmin vaxt orada idman gimnastikası üzrə zallar bağlanmamışdı. Rusiyada olanda eşitdik ki, sərhədlər bağlanıb. Təyyarəmiz martın 27-si birbaşa Novosibirskdən qayıtmalı idi. Ancaq o reys ləğv olunmuşdu. Ona görə də Moskvaya gəldik. Aprelin 2-də 123 nəfəri gətirən xüsusi təyyarə reysi ilə Azərbaycana qayıtdıq.Hazırda hoteldə karantin rejiminə alınmışıq. Şükür Allaha, buradakı durumumuzdan narazı deyilik. Dövlətin qoyduğu minimum 14 günlük karantin rejiminə əməl etməliyik”.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin