"Pərvizin birinci olmağı ədalətsizlik olardı" - Acun Ilıcalıdan GÖZLƏNİLMƏZ AÇIQLAMA - VİDEO

19:21 8 Aprel 2020

Dünən ''TV 8'' kanalında yayımlanan "Survivor 2020" yarışmasını gözlənilmədən ən az səs toplayayaraq tərk etdiyi açıqlanan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevlə bağlı təşkilatçı, aparıcı Acun Ilıcalının sosial şəbəkə hesabları minlərlə insanın "hücum"una məruz qalıb.

 

Sportarena.az Milli.Az-a istinadən xəbər verir ki, Pərvizin "Survivor 2020"-dən gözlənilməz ayrılığında Acunun əli olduğunu düşünənlərə telekanal rəhbəri açıqlama vermək məcburiyyətində qalıb.

 

Canlı yayımlanan "Survivor Panorama" verilişinə Dominikandan canlı telefon bağlantısı quran Acun Ilıcalı ittihamlara cavab verib:

 

"Mən də Pərvizin yarışı tərk etməyinə üzüldüm. Həqiqətən əfəndi bir dostumuzdur, onu çox istəyirəm. Amma, oyunun bəzi qaydaları var. Bunu da qəbul etmək lazım. O qaydalardan birincisi bu: Sən öncə getməmək üçün namizəd olmayacaqsan. Pərviz isə 4 səslə getməyə namizəd göstərildi, bunu unutmayaq. Onun gedişinin başlanğıcı aldığı o 4 səsdir. Niyə komanda yoldaşlarından dördünün getməyə namizəd gördüyü şəxs oldu? - Demək ki, bir "iletişim" problemi olub. Oyunun qaydalarına görə tamaşaçıların ən az səs göndərdiyi şəxs də, o, olub. Daha nə olmalıydı ki, Pərviz getməsin? Bəzi gerçəklərdən uzaqlaşmamaq lazımdır. "Survivor" performans yarışı deyil. Burada ən yaxşı, ən sürətli iştirakçıları yox, xarakter olaraq tamaşaçı ilə "iletişim" qura biləcək iştirakçıları bir araya gətiririk. Məndən soruşsanız, Pərvizin münasibət qurmaqda əksiyi var idi. Özünü ifadə edə bilmədi. Hansısa bir hadisədə mövqeyini ortaya qoydumu Pərviz? Hansısa bir hadisəni yönləndirdimi? Ya da adada edilən bir şeyə "Burada səhvsən, qardaşım" deyərək mövqeyini ortaya qoydumu? Mən bu gün Pərvizlə görüşsəm ona səhvlərini deyərəm. Pərvizin niyə tərk etdiyini soruşursunuzsa, məncə, yumruğunu ortaya vurub öz mövqeyini ortaya qoya bilmədi. Tamaşaçının yanlış bildiyi anlarda ortaya çıxmadı. 

 

Acun "Survivor"da Pərvizi dəstəkləmək üçün Azərbaycandan SMS xətti açmamaqlarına belə aydınlıq gətirib:

 

"Azərbaycandan SMS kodu açıb pullar qazana bilərdik. Dünyanın ən gözəl, asan şeyidir bu. Amma bunu etsəydik ədaləti orada itirmiş olardıq. Bu proqram nəticədə Türkiyədə yayımlanır, "Survivor"un rəsmi yayım icazəsi Türkiyəyə məxsusdur. Türkiyədə yayımlanan bir proqramda azərbaycanlı bir qardaşımıza görə Azərbaycandan SMS kodu açardıqsa bütün Azərbaycanın onu dəstəkləyəcəyi üçün bu ədalətli olmayacaq. O qədər səsin qarşısında Pərviz birinci olardı". 

 

Qeyd edək ki, Pərvizin dünyanın bir çox yerindən, eləcə də Azərbaycan, Türkiyə və İrandan olan pərəstişkarları proqramı BAYKOT ETMƏK üçün həmrəylik nümayiş etdirib, daha "Survivor"u izləməməyə çağırırlar.

 

 


Digər xəbərlər

Xəbər xətti