İdman mediası adından hökumətə müraciət olundu

Sportarena.az      9 Aprel 2018, 18:50

"Son vaxtlar bütün dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən dövlətimiz öz vətəndaşlarını qorumaq üçün bir sıra mühüm addımlar atmaqdadır. Bu tədbirlər arasında şübhəsiz ki, ən önəmlisi karantin rejiminin tətbiqidir. Karantin müddətində ölkəmizdə, eləcə də dünyada bütün idman yarışlarının ləğvi və təxirə salınması idmanı işıqlandıran media qurumlarının da işini çətinləşdirib".

 

Sportarena.az xəbər verir ki, bu fikirlər Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Nazirlər Kabinetinə müraciətində yer alıb. Baş nazirə ünvanlanan məktubda qeyd edilib ki, hazırda kütləvi oxucu auditoriyasını itirən idman mediası maliyyə çətinliyi ilə üzləşməkdədir. Əməkdaşların əmək haqqını ödəməkdə çətinlik çəkən idman qəzetləri və saytlarının bu çətin dövrdə fəaliyyətini davam etdirməsi üçün Hökumətin dəstəyinə ehtiyac var.

 

Federasiyanın prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev müraciətə müsbət cavab veriləcəyinə ümidvar olduğunu qeyd edib. Bildirib ki, Hökumət karantin dövründə idman mediasını DSMF ödənişləri və vergilərdən azad etməklə bu sahəyə dəstək ola bilər. Buna görə də, 1 aprel 2020-ci il tarixdən idman yarışları bərpa edilənədək, ölkədə fəaliyyət göstərən idman KİV-lərinin DSMF ödənişləri və vergilərdən azad edilməsi məsələsinə baxılması Nazirlər Kabinetindən xahiş olunub.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin