Almaniya Bundesliqası mayda bərpa edilə bilər

Sportarena.az      9 Aprel 2018, 20:47

Koronavirus pandemiyasına görə dayandırılan Almaniya I, II və III Bundesliqası may ayında bərpa edilə bilər.

 

Sportarena.az xəbər verir ki, Almaniya Klublar Birliyinin rəhbəri Kristian Seyfert "New York Times" nəşrinə liqaları mayda bərpa edib, iyunun sonlarında yekunlaşdırmaq istədiklərini söyləyib. O, bununla bağlı hökümətlə görüşəcəklərini deyib.

 

DFL prezidenti qarşılaşmaların azarkeşsiz keçiriləcəyini və ilin sonuna qədər belə olacağını deyib. Qurum rəsmisi çempionatların ləğv ediləcəyi halda, aşağı liqa klublarının iflas olacağını vurğulayıb.

 

Almaniya Bundesliqasında bir neçə komanda sosial məsfanəi saxlayaraq, məşqlərə bərpa edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin