"Zirə"də ən gənc beşlik

Sportarena.az      9 Aprel 2020 , 22:02

“Zirə”nin tarixində Premyer Liqa matçına çıxan ən gənc futbolçu Rafael Məhərrəmlidir.

 

Sportarena.az xəbər verir ki, “qartallar”ın heyətində 2018/19 mövsümündə debüt edən oyunçu 19 yaş 4 ay 12 günlüyündə ilk matçını keçirib. O, komandanın tarixində 20 yaşı olmadan Premyer Liqa qarşılaşmasına çıxan 4 futbolçudan biridir.


Məhərrəmliyə qədər uzun müddət rekordçu olan Vüsal İsgəndərli və Adil Nağıyevlə Yusif Nəbiyev də “20”yə çatmadan debüt edib. Ən gənc oyunçulardan təşkil olunan “beşliy”i cari mövsümdə debüt şansı qazanan Rauf Hüseynli qapayır.


1. Rafael Məhərrəmli – 19 yaş 4 ay 12 gün
10.02.2019. “Səbail” – “Zirə” – 0:2

 

2. Vüsal İsgəndərli – 19 yaş 10 ay 10 gün
13.09.2015. “Sumqayıt” – “Zirə” – 0:0

 

3. Adil Nağıyev – 19 yaş 10 ay 28 gün
09.08.2015. “Zirə” – AZAL – 1:0

 

4. Yusif Nəbiyev – 19 yaş 11 ay 10 gün
13.08.2017. “Zirə” – “Səbail” – 2:1

 

5. Rauf Hüseynli – 20 yaş 7 gün
01.02.2020. “Zirə” – “Sabah” – 2:0.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin