2020-ci ilin sonuna qədər İtaliya çempionatı azarkeşsiz keçiriləcək

16:00 12 Aprel 2020

İtaliyada azarkeşlərin stadiona buraxılışının qadağan edilməsinin 2021-ci ilin yanvarına qədər uzadılması nəzərdə tutulur.

 

Sportarena.az xəbər verir ki, bu barədə “beIN Sports” telekanalının jurnalisti Tankredi Palmeri hökumətdəki mənbəyə istinadla özünün Tvitter səhifəsində paylaşım edib.Daha əvvəl yayılan xəbərə görə, İtaliyada mayda bərpası gözlənilən hazırkı mövsüm azarkeşsiz keçiriləcək.

 

Xatirladaq ki, koronavirus pandemiyası səbəbindən A seriyası 26-cı turdan dayandırılıb.


Xəbər xətti