Rusiyalı futbolçu məşq zamanı öldü

22:44 20 Aprel 2020

Rusiyanın "Lokomotiv" (Moskva) klubunun yetirməsi olan İnnokenti Samoxvalov əfat edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Moskva klubunun rəsmi saytı məlumat yayıb.Bildirilir ki, 23 yaşlı futbolçunun fərdi məşq zamanı vəziyyəti pisləşib və qəfildən ölüb. Onun ölüm səbəbi araşdırılır.

 

Qeyd edək ki, İnnokenti Samoxvalov "Lokomotiv"in farm-klubu olan "Kazanka"da çıxış edirdi. 


Digər xəbərlər

Xəbər xətti